Elnur Məmmədli “Top-5”də
29.04.2011 - 11:33
Beynəlxalq Cüdo Federasiyası aprel ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, İstanbulda keçirilmiş Avropa çempionatında uğur qazanan idmançılarımız mövqelərini yaxşılaşdırıblar.
Komandamızın heyətində ən böyük sıçrayışa Olimpiya çempionu Elnur Məmmədli (81 kq) nail olub. Avropa çempionatında bütün rəqiblərini məğlub edən idmançı siyahıda 5-ci yerə yüksəlib. O, qitənin ən güclüsü adını qazanmaqla bərabər, lisenziya xalını da 860-a çatdırıb.
Türkiyədən vətənə gümüş medalla qayıdan Tərlan Kərimov (66 kq) da irəliləyib. Aktivindəki xalları 536-ya çatdıran həmyerlimiz 15-ci yerə yüksəlib (+3).
Məmmədli və Kərimovdan fərqli, milli komandamızın digər cüdoçuları geriləyiblər. Belə ki, İlqar Müşkiyev (60 kq), Elxan Məmmədov (90 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (57 kq) 1 pillə aşağı düşüblər. Onlar yeni siyahıda müvafiq olaraq, 24-cü, 5-ci, 21-ci və 24-cü yerlərdə qərarlaşıblar.
Elnur Məmmədli ilə eyni çəkidə mübarizə aparan Elxan Rəcəbli isə “uğursuzluq zolağı”ndan çıxa bilmir. Vaxtilə Məmmədlidən öndə olan idmançı 4 pillə geriləyib və 286 lisenziya xalı var. Yığmamızda ən pis geriləmə isə Elmar Qasımova (100 kq) məxsusdur. Axırıncı reytinq cədvəlində olduğu kimi, Elmar bu dəfə mövqeyini əldən verib. Komanda yoldaşlarından fərqli, Qasımovda dəyişiklik mənfi 5-dir. Elmar 302 xalla 32-cidir.
Xatırladaq ki, London-2012-yə Olimpiada ərəfəsində yekun siyahıda kişi idmançıların reytinqində ilk 22 yer, zəriflər arasında isə 12 yer lisenziya qazanacaq.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0