“Baku Fires” “Ən güclülərin seçmə yarışı”nda
29.04.2011 - 13:23
Boks üzrə “Ən güclülərin seçmə yarışı”nda “Baku Fires” klubunun heyətində mübarizə aparmış yerli dəri əlcək ustaları da gücünü sınayacaq. Bu barədə apasport.az saytına Azərbaycan Boks Federasiyadan məlumat veriblər.
Bakı İdman Sarayında təşkil olunacaq turnirdə yalnız 2 boksçu – Soltan Migitinov və Məhəmmədrəsul Məcidov London Olimpiadasına lisenziya uğrunda döyüşə hazırlaşdıqlarından rinqə çıxmayacaqlar.
Qeyd edək ki, mayın 8-də ölkənin ən güclü boksçularının iştirakı ilə bu yarışın keçirilməsində əsas məqsəd milli komandanın heyətini müəyyənləşdirməkdir. Yığmamız iyunda Ankarada keçiriləcək Avropa çempionatında iştirak edəcək. 40 boksçunun mübarizə aparacağı turnirin final döyüşləri mayın 10-u saat 12-də başlayacaq. Həmin gün axşam saatlarında isə eyni məkanda – Bakı İdman Sarayında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi yarış start götürəcək.

- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
0
0