Milli komandamızın Avropa çempionatı üçün heyəti açıqlandı
02.05.2011 - 13:28
Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək sambo üzrə Avropa çempionatına yollanacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız mayın 12-16-da keçiriləcək yarışda baş məşqçi Mübariz İbrahimovun rəhbərliyi altında 9 idmançı ilə təmsil olunacaq.
Belə ki, Bolqarıstanda Azərbaycanın idman şərəfini Ağasif Səmədov (52 kq), İslam Qasımov (57 kq), Cavidan Qarayev (62 kq), Namiq Sultanov (68 kq), Samir Kərimov (74 kq), Elməddin Əhmədov (82 kq) və Asif Fətəlibəyov (90 kq) qoruyacaqlar. Döyüş sambosu üzrə yarışlarda isə Qasım Rəcəbov (68 kq) və Bəxtiyar Abbasov (90 kq) qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, yarış ərəfəsində Avropa Sambo Federasiyasının konqresi də baş tutacaq. Bunun üçün səfərə Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov da yollanacaq. Cabir İsmayılov isə Sofiyaya ədalət təmsilçisi kimi gedəcək.

- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
0
0