Azərbaycanlı futbolçuya Rusiya milli komandasında yer söz verdilər
01.07.2011 - 11:39
Moskvanın “Dinamo” klubunun baş məşqçisi Sergey Silkin azərbaycanlı futbolçusu Aleksandr Səmədovu tərifləyib. Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis soydaşımızın Rusiya yığmasında yer alacağına söz verib. Silkin Səmədovun vətəndaşlığını daşıdığı ölkənin əsas yığmasına düşəcəyinə əmindir: “Aleksandr yığmada oynamadığı layiq olduğunu “Spartak”a 2:0 hesabı ilə qalib gəldiyimiz oyunda sübut etdi. Mən görüşdən sonra Saşaya dedim ki, belə oyunla mütləq yığmada oynayacaqsan. O, növbəti görüşdə Rusiya yığmasının futbolçusu Renat Yanbayevi qabaqlayırdı. Daha hansı kriteriyalar ola bilər?”
Qeyd edək ki, Azərbaycan vətəndaşlığına da malik Aleksandrın atası Gəncədəndir. O, hələ 2003-cü ilin avqustunda milli komandamızın Bakıdakı hazırlığına qatılsa da, Moskvaya qayıdandan sonra Rusiya millisində oynamağı üstün tutdu. 27 yaşlı yarımmüdafiəçi Rusiyanın gənclər yığmasında çıxışını başa vurduqdan sonra əsas yığmaya çağırılmadı. Ötən ildən Moskva “Dinamo”sunda oynayan Səmədov cari mövsümdə 16 oyunda 4 qol vurub.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0