Çaparlarımız yalnız bürünc medalı güzəştə getdilər
22.07.2011 - 09:09
Bakıda Binə Atçılıq Mərkəzində start götürən atçılığın konkur növü üzrə CSI2* kateqoriyalı “Günay Kuboku”nda ilk günün qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Studbook MNM Azerbaijan” mükafatı uğrunda mübarizədə Azərbaycan milli komandasının üzvü Gennadi Qaşıbeyazov “Papirus” ləqəbli atla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medallar digər həmyerlimiz Hikmət Musayevə (“Life Limerik” ləqəbli atla), bürünc medallar isə polşalı Alessandro Lissione (“Bahar” ləqəbli atla) qismət olub.
Qeyd edək ki, Türkiyə, İran və Rusiyadan dəvət olunmuş hakimlər kollegiyasının idarə etdiyi turnirdə Azərbaycan, Gürcüstan və Polşa çaparları qüvvələrini sınayırlar. İyulun 24-də başa çatacaq yarışın ümumi mükafat fondu 124 min ABŞ dollarıdır.

- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0