2 boksçumuz Avropa çempionu oldu
27.08.2011 - 23:37
Boksçularımız Avropa çempionatında 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazandılar
İrlandiyanın paytaxtı Dublində boks üzrə gənclər arasında Avropa birinciliyinə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, Azərbaycan milli komandası yarışı 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.
Yarışın son günündə rinqə çıxan boksçularımızdan öncə Pərviz Bağırov (60 kq) qələbə qazanıb. Həmyerlimiz final qarşılaşmasında litvalı Edqaras Skurdlislə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən döyüşün birinci raundu 3:3 hesabı ilə başa çatıb. 3-cü hissədə üstünlüyü ələ alan Bağırov 11:8 hesabı ilə qalib gələrək, Avropa birinciliyinin qızıl medalına layiq görülüb.
75 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov komandamızın hesabına 2-ci qızıl medalı qazandırıb. Millimizin üzvü finalda Rusiya nümayəndəsi Maqomed Madiyevə 17:11 hesabı ilə qalib gəlib.
Son olaraq boksçularımızdan Heydər Heydərov (91+ kq) rinqə çıxıb. Heydərov rusiyalı Həsən Gimbatova uduzaraq, gümüş medalla kifayətlənib.
Xatırladaq ki, komandamızın heyətində Coşğun Əliyev (64 kq) bürünc medala layiq görülüb. Yığmamız komanda hesabında yalnız Rusiyanı özündən irəli buraxaraq, 2-ci yeri tutub. İrlandiya 3-cü nəticə göstərib.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0