Snayperimiz 2 lisenziyanı birdən qazandı
10.10.2011 - 13:45
ABŞ-ın Kolambus şəhərində keçirilən paralimpiyaçılar arasında güllə atıcılığı üzrə keçirilən Dünya Kubokuna yekun vurulub. Azərbaycan Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, milli komandamızın snayperi Yelena Taranova yarışda uğurla çıxış edərək, 2 lisenziyaya sahib olub.
O, 10 metr məsafədən pnevmatik və 50 metr məsafədən kiçikçaplı tapançadan atəşaçma yarışlarında qızıl medala sahib olub. Bu nəticəyə ilə Taranova həmçinin, 2012-ci ildə keçiriləcək London Yay Paralimpiya Oyunlarına 2 lisenziya qazanıb.
Qeyd edək ki, paralimpiya milli komandamızın bununla da Olimpiadaya vəsiqələrin sayı 18-ə çatıb.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0