Türkiyə - Azərbaycan matçının keçəcəyi stadionda qəza
11.10.2011 - 10:03
Avro-2012-in seçmə mərhələsində Türkiyə və Azərbaycan milli komandalarının bu gün görüşəcəyi “Türk Telekom Arena”da qəza baş verib. Apasport.az saytının məlumatına görə, İstanbuldakı yağmurlu və küləkli hava stadionun damındakı 12 metr uzunluğunda və 3 metr enində tavanı yerindən qoparıb.
İnşası təxminən 1 il əvvəl tamamlanan tribunanın üstündəki dam 38 kiloqram çəkiyə malik olub. O, küləyin sürəti saatda 22 kilometr olmağına baxmayaraq, yandakı boş sahəyə düşüb. Tavanın stadionun düz yanından keçən şoseyə düşməməyi böyük bir faciənin qarşısını alıb. Qopan hissə təkrar yerinə bərpa edilib.
Onun matçın gedişi zamanı qopmağı, tribunaya və ya meydançaya düşməyi vəziyyətində daha ciddi fəsadların ola biləcəyi qabardılıb. Buna görə də cavabdeh şəxslər daha çox tənqid obyektinə çevrilib. Hadisədən dərhal sonra stadiona gələn “Qalatasaray”ın prezidenti köməkçisi Adnan Öztürk oyun zamanı problemin yaşanmayacağına zəmanət verib.
Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu Bakı vaxtilə saat 22:00-da başlayacaq.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0