Məmmədyarov və Həşimov Çinə yollanacaqlar
15.10.2011 - 14:50
Dekabrın 8-16-da Çində II Ümumdünya İntellektual Oyunlarını keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu yarışda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Vüqar Həşimov da iştirak edəcəklər.
Turnirdə ümumilikdə Azərbaycan da daxil olmaqla, 12 ölkədən 16 qrossmeyster mübarizə aparacaqlar. Həmyerlilərimizin rəqibləri sırasında Aleksandr Qrişuk (Rusiya), Sergey Krayakin, Vasili İvançuk, Ruslan Ponomaryov (hər üçü Ukrayna), Qata Kamski (ABŞ), Van Yue, Van Xao (hər ikisi Çin), Maksim Vaşiye-Laqrav (Fransa), Aniş Qiri (Hollandiya), Le Kuanq Lyem (Vyetnam), Fransisko Valyexo (İspaniya), Zoltan Almaşi (Macarıstan), Lenyer Dominqes (Kuba) və David Navara (Çexiya) yer alırlar.
Qeyd edək ki, yarış iştirakçıları sürətli şahmatda və blitsdə qüvvələrini sınayacaqlar.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0