Azərbaycan prezidenti Şəki Olimpiya İdman Kompleksinin vəziyyəti ilə tanış olub
18.11.2011 - 10:02
Azərbaycan prezidenti Şəki Olimpiya İdman Kompleksinin vəziyyəti ilə tanış olub
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 17-də Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. APA-nın məlumatına görə, məlumat verilib ki, regionun ən böyük olimpiya idman komplekslərindən biri olan idman mərkəzi 2002-ci ilin noyabrında Heydər Əliyevin iştirakı ilə açılıb. O vaxtdan kompleksdə bir çox idman yarışları, təlim məşqləri və digər ictimai-sosial tədbirlər keçirilib. Son dövrlərdə isə ərazisi bir qədər də genişləndirilmiş kompleks aparılan yenidənqurma işləri nəticəsində müasir standartlar səviyyəsinə çatdırılıb.

Qeyd edilib ki, kompleksdə yenidənqurma işlərinə 2008-ci ildən başlanılıb. Sahəsi 8 min kvadratmetr olan kompleksdə 2,2 min kvadratmetrlik böyük idman zalı yaradılıb. Kiçik idman zalının sahəsi isə 1800 kvadratmetrdir.

Kompleksin ərazisində 8 min kvadratmetr sahəsi olan futbol meydançası da yaradılıb. Ərazidəki 27 kottecdə idmançıların istirahəti üçün bütün imkanlar var.

Prezident yenidənqurma işlərindən razılığını bildirib.
0