Çingiz Hüseynzadə Soçiyə yollandı
23.11.2011 - 17:36
Bu gün Rusiyanın Soçi şəhərində Avropa Olimpiya Komitəsinin 40-cı Baş Assambleyası öz işinə başlayacaq. Apasport.az saytının məlumatına görə, tədbirdə iştirak etmək üçün gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Soçiyə yola düşüblər.
Rusiyanın Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov qonaqları rəsmi salamlamasından sonra assambleya öz işinə start verəcək. Tədbirə sabah yekun vurulacaq.
Rəhimovun Soçiyə səfəri də məhz həmin gün başa çatacaq. Lakin Hüseynzadə noyabr 25-də Moskvaya yollanacaq və Rusiya Olimpiya Komitəsinin 100 illik yubileyinə həsr olunmuş gecədə iştirak edəcək. O, burada ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin təbriklərini çatdıracaq. Bununla yanaşı, Çingiz Hüseynzadə 2014-cü il Soçi Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkana da səfər edəcək.
Səfər noyabr 25-də də başa çatacaq.

- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
0
0