Xorvatiya – İspaniya (3:5) oyunu AVRO-2020-nin ən məhsuldar matçı kimi tarixə düşüb.
Apasport.az saytının məlumatına görə, builki qitə birinciliyində ilk dəfə bir matçda qapılara 8 top vurulub.
1/8 final mərhələsinin bu dueli eyni zamanda Avropa çempionatlarının ən çox qol vurulan ikinci oyunu olub. Yalnız bir dəfə - 1960-cı ildəki Fransa – Yuqoslaviya (4:5) görüşündə 8-dən çox qol qeydə alınıb.
İspanlar həmçinin Avropa çempionatları tarixində bir görüşdə beş fərqli oyunçusunun qol vurduğu ilk komanda olub. “Buğalar”ın heyətində Pablo Sarabia, Sezar Azpilikueta, Ferran Torres, Alvaro Morata və Mikel Oyarzabal fərqlənib.
Yarımmüdafiəçi Pedri isə qitə birinciliklərində ən uzun məsafədən avtoqol müəllifi olmağı bacarıb. Onun 45 metrlik məsafədən ötürməsini qapıçı Unai Simon ram edə bilməyib və top tora daxil olub.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək