10 ilin ən uğursuz startı
10.10.2022 - 13:22
“Liverpul” İngiltərə Premyer Liqasında mövsümün ilk 8 liqa oyununda 10 xal toplayıb.
Apasport.az saytının məlumatına görə, bu, “qırmızılar”ın son 10 ildəki ən pis göstəricisidir.
Komanda sonuncu dəfə 2012/13 mövsümündə startda 10 xal toplayıb. Dünən keçirilən matçda isə “Arsenal”a 2:3 hesabı ilə məğlub olub. Həmin qarşılaşmanın ardından baş məşqçi Yurgen Klopp artıq çempionluq yarışından kənarda qaldıqlarını açıqlayıb.
Qeyd edək ki, “Liverpul” hazırda Premyer Liqada 10-cu pillədədir. Komanda növbəti tur çərçivəsində oktyabrın 16-da “Mançester Siti” ilə evdə qarşılaşacaq.
- Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır”
- “Turan Tovuz” – “Fənərbaxça” matçının başlama saatı bəlli oldu
- Millimiz Qəbələdə ilk yoxlanış matçını keçirib
- Prezident çempionatla bağlı sərəncam imzaladı
- AMADA UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
0
0