Misli Premyer Liqasında 2025-ci ilə yekun vurulub.
Apasport.az xəbər verir ki, il ərzində iki fərqli mövsüm çərçivəsində 185 matç keçirilib.
2024/25 mövsümünün ikinci yarısında 90, 2025/26 mövsümünün ilk hissəsində 95 qarşılaşma baş tutub. Bu görüşlərdən biri texniki nəticə ilə yekunlaşıb.
Həmin matç nəzərə alınmasa, 184 oyunda 447 qol vurulub. Orta məhsuldarlıq 2,43-ə bərabər olub.
Bu il 13 komanda Premyer Liqada çıxış edib. “Səbail” ötən, “Qəbələ”, “Karvan-Yevlax” və “İmişli” cari mövsümdə bu həyəcanı yaşayıb.
2025-ci ilin ən yaxşısı “Qarabağ” olub. Ağdam klubu qələbə (24), vurulan qol (71), top fərqi (44) və xalların sayında (78) hamını qabaqlayıb. Hər iki mövsümdə çıxış edənlər arasında ən az qol buraxan da (22) “Qarabağ”dır.
Ağdamlılar məğlubiyyətlərin az olmasında “Zirə” ilə şərikdir. Qəsəbə klubu xal sayında 2-cidir. Cari mövsümün qış çempionu “Sabah” isə ilin 3-cü komandasıdır.
| 1 | Qarabağ | 34 | 24 | 6 | 4 | 71-22 | +49 | 78 |
| 2 | Zirə | 34 | 21 | 9 | 4 | 54-26 | +28 | 72 |
| 3 | Sabah | 34 | 15 | 14 | 5 | 52-31 | +21 | 59 |
| 4 | Turan Tovuz | 33 | 14 | 8 | 11 | 40-36 | +4 | 50 |
| 5 | Neftçi | 34 | 11 | 13 | 10 | 43-39 | +4 | 46 |
| 6 | Araz-Naxçıvan | 34 | 10 | 15 | 9 | 38-41 | –3 | 45 |
| 7 | Sumqayıt | 34 | 11 | 7 | 16 | 39-48 | –9 | 40 |
| 8 | Şamaxı | 34 | 10 | 9 | 15 | 34-41 | –7 | 39 |
| 9 | Kəpəz | 34 | 8 | 6 | 20 | 27-63 | –36 | 30 |
| 10 | İmişli | 16 | 4 | 5 | 7 | 14-16 | –2 | 17 |
| 11 | Səbail | 18 | 2 | 7 | 9 | 12-29 | –17 | 13 |
| 12 | Qəbələ | 15 | 2 | 2 | 11 | 11-21 | –10 | 8 |
| 13 | Karvan-Yevlax | 16 | 1 | 3 | 12 | 12-34 | –22 | 6 |
- Azərbaycan çempionatındakı 95 oyunu stadionlardan 124 min azarkeş izləyib
- “Qarabağ”ın futbolçusuna görə məbləğ artırıldı: Portuqaliya və Türkiyədən maraq var
- Veliçko Kaplanoviç: “Hücumçuya ehtiyacımız var“
- Valdas Dambrauskas: “Qış çempionluğu medal vermir”
- "Sabah" ilk dövrəni lider tamamlayıb - YENİLƏNİB