200-cü səfər
21.08.2022 - 12:34
200-cü səfər

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi səfər oyunu yubileylə əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, Plzendəki cavab görüşü Azərbaycan klublarının avrokuboklar tarixində 200-cü səfər sınağı olacaq.

İndiyədək təmsilçilərimiz qitə miqyaslı turnirlərdə 199 dəfə rəqib meydanına çıxıb. Bu görüşlərdə komandalarımız 48 dəfə qalib gəlib.

Bu da o deməkdir ki, yubiley – 50-ci qələbə də o qədər uzaqda deyil. “Qarabağ” elə cari mövsüm qrupda bu tarixi uğurun müəllifi ola bilər.

Azərbaycan klubları rəqib meydanındakı 199 matçda 36 heç-heçə edib və 115 dəfə uduzub.  Səfərdə 168 qol vuran futbolçularımız 361 top buraxıb.

Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” matçı avqustun 23-də keçiriləcək.
 

0