25-ci qələbə: “Neftçi”dən
05.08.2022 - 12:51
25-ci qələbə: “Neftçi”dən

“Neftçi” avrokuboklarda yubiley qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, Bakı klubu 25-ci dəfə meydanı qalib kimi tərk edib.

“Ağ-qaralar”ın yubileyi Konfrans Liqasının III təsnifat mərhələsinə təsadüf edib. “Rapid”lə ilk oyunda 2:1 hesabına sevinən paytaxt təmsilçisi “25”ə çatıb.

Avrokuboklarda 1995-ci ildə debüt edən “Neftçi” 25-ci uğurunu 77-ci matçında əldə edib. Bakılıların ilk qələbəsi 1996-cı il iyulun 17-də Sofiya “Lokomotiv”i üzərində qazanılıb – 2:1.
 

0