İsveç millisinin yarımmüdafiəçisi Emil Forsberq ölkəsinin tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, o, böyük turnirlərin final mərhələsində ardıcıl 3 oyunda qol vurmaqla buna nail olub.
AVRO-2020-nin qrup mərhələsində Slovakiya və Polşa ilə qarşılaşmadan sonra 1/8 final da Ukraynanın da qapısına yol tapan 30 yaşlı pleymeyker 1994-cü ildən bəri bunu reallaşdıran ilk isveçlidir. Sonuncu dəfə sabiq hücumçu Kennet Andersson DÇ-1994-də ardıcıl 3 matçda qol vurub.
Andersson eyni zamanda bir turnirdə ən çox qol vuran isveçlidir. O, 27 il əvvəlki dünya çempionatında 5 dəfə fərqlənib. AVRO-2020-də aktivinə 4 top yazdıran Forsberq ona çatmaq şansını əldən verib.
Qeyd edək ki, 1/8 finalda Ukraynaya 1:2 hesabı ilə məğlub olan İsveç millisi mübarizəni dayandırıb.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək