300-cü oyun
07.11.2022 - 11:29
300-cü oyun

Misli Premyer Liqasının XIII turu Bədavi Hüseynov üçün əlamətdar olub. 

Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi “Qarabağ”ın heyətində 300-cü oyununu keçirib.

Bu yubiley “Kəpəz”lə ev matçına təsadüf edib. 31 yaşlı futbolçu komandasının 3:1 hesablı qələbə qazandığı qarşılaşmada meydana sonradan daxil olub.

Debütü 2012/13 mövsümünə təsadüf edən Bədavi bütün turnirlər nəzərə alınmaqla çıxdığı 300 görüşdə 4 qola imza atıb. O, “Qarabağ”ın tarixində 300 və daha çox oyun keçirən 10-cu futbolçudur.
 

0