“Barselona”nın keçmiş futbolçusu Samuel Eto AVRO-2020 ilə bağlı proqnozunu verib.
Apasport.az saytının məlumatına görə, əfsanəvi kamerunlu hücumçu turnirin favoriti qismində İspaniya millisini göstərib.
O, ispanların qrup mərhələsinin ilk iki turunda uğursuz çıxışına baxmayaraq, fikrini dəyişmədiyini açıqlayıb: “İspaniya millisini favorit hesab etmişəm, fikrim də dəyişməyib. Onların oyun tərzini sevirəm. Ancaq kuboku qazanmaq üçün qələbə qazanmalısan. Bu asan olmasa da, onların futbolçularına və Luis Enrikeyə inanıram”.
Qeyd edək ki, İspaniya millisi yer aldığı E qrupunda son oyununu bu gün Slovakiyaya qarşı keçirəcək.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək