Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışlarına yekun vurulub.
Apasport.az saytının məlumatına görə, bu gün Braziliya ilə İspaniya final matçında üz-üzə gəlib.
Yokohamada baş tutan qarşılaşmanın 90 dəqiqəsində qalib müəyyənləşməyib. Cənubi amerikalılardan Mateus Kunya 45+2-ci dəqiqədə hesabı açıb, avropalılardan isə Mikel Oyarzabal 61-ci dəqiqədə bərabərlik qolunu vurub. Lakin Malkom 108-ci dəqiqədə vurduğu qolla Braziliya yığmasına 2:1 hesablı qələbə qazandırıb.
Bununla Olimpiadada 5-ci dəfə final oynayan “sambaçılar” ardıcıl 2-ci çempionluğunu qazanıb. Yeganə qızıl medalı 1992-ci ildə əldə edən ispanların isə 29 illik həsrəti davam edib. “Buğalar” 3-cü dəfə Olimpiadanın finalında məğlub olub.
Qeyd edək ki, dünən bürünc medal uğrunda matçda Meksika Yaponiyaya 3:1 hesabı ilə qalib gəlib.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib