Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili Bakıya səfər edəcək.
Vüqar Həşimov Memorialının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata əsasən, Avropa şahmatının rəhbəri dekabrın 17-də paytaxtımızda olacaq.
Səfərdə əsas məqsəd ölkəmizin görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan Memorialda fəxri qonaq qismində ştirak etməkdir.
Qeyd edək ki, super turnirdə şahmatçılarımızdan Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Vüqar Əsədli birincilik uğrunda yarışacaqlar. Azərbaycan şahmatçıları ilə yanaşı, turnirdə Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) mübarizə aparacaqlar.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb