Azərbaycan şahmatçısı Vasif Durarbəyli koronavirusa yoluxub.
Apasport.az-ın chess.az saytına istinadən məlumatına görə, təmsilçimiz İslandiyanın paytaxtı Reykyavikdə keçirilən kişi şahmatçılar arasında Avropa çempionatında xəstələnib.
Qrossmeysterimizin 4-cü tur ərəfəsindəki koronavirus testi müsbət nəticələnib. Bu səbəbdən də ilk üç oyunda 2 xal toplayan şahmatçımız yarışda mübarizəni dayandırıb. Son Azərbaycan çempionu, avqustun əvvəlində Rusiyada başa çatmış Dünya kubokunun 1/8 finalçısı olan şahmatçımız 14 günlük karantinə yerləşdirilib.
Qeyd edək ki, Vasifdən başqa, İngiltərə şahmatçısı Pein Malkolm və meydan sahibləri Stefan Berqssonla Torestin Leyfssoun da verdiyi analizlərin cavabı pozitiv olduğu üçün onlar da Avropa çempionatına erkən vidalaşıblar.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu