
Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyində 1/2 final mərhələsinin döyüşlərinə start verilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) finala gedən yolda rumıniyalı Daniel Girleanu ilə üz-üzə gəlib.
1/8 finalda Arseni Oniyenkonu (Ukrayna), ardınca Fyodor Kamanini (Estoniya) məğlub edən boksçumuz rinqdən yenə qalib ayrılıb. O, son Avropa çempionunu Girleanuya 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib.
Qasımzadə final döyüşündə rusiyalı Boqdan Prima ilə qarşılaşacaq.
Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.
- "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır
- Everest qalmaqalı: Zirvəni fəth edən ilk azərbaycanlı qadın kimdir?
- Anyma Formula 1 Azərbaycan Qran-Prisində çıxış edəcək
- Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüş keçirilib
- Azərbaycan velosipedçisi Qazaxıstanda daha bir medal qazanıb