Bakıda ilk dəfə təşkil olunacaq batut gimnastikası üzrə dünya çempionatına gələcək ölkələrin və idmançıların ilkin sayı açıqlanıb.
Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, noyabrın 18-21-də Milli Gimnastika Arenasında təşkil olunacaq mundiala 33 ölkənin qatılacağı gözlənilir.
Bu komandaların heyətində 300-dək gimnast çıxış edəcək.
4 gün davam edəcək çempionatda idmançılar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilkin cədvəlinə əsasən ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramlarda çıxış edə bilər. Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib