Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Apasport.az saytının məlumatına görə, toplantıda məşqçi müəllimlərin fəaliyyəti və Tokio-2020 Yay Olimpiya Oyunlarında taekvondoçuların çıxışları müzakirə olunub.
Verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub. Kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandost, köməkçi məşqçi isə Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov, köməkçi isə məşqçi Rəşad Məmmədov təyin olunub.
Digər milli komandalarda, gənclərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, köməkçi məşqçi Zahid Məmmədov, yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Elnur Amanov, köməkçi məşqçi Vurğun Cəfərov, 21 yaşlı gənc milli komandanın baş məşqçisi Ələkbər İmaməlivev, köməkçi məşqçi isə Vüqar Məcidovun təyinatı rəsmiləşib.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu