AVRO-2020-nin 1/8 final mərhələsinin böyük maraqla gözlənilən qarşılaşmalarından biri Belçika və Portuqaliya arasında olacaq.
Apasport.az saytının məlumatına görə, FİFA reytinqinin birincisi olan Belçika son Avropa və Millətlər Liqası qalibini sınağa çəkəcək.
İlk dəfə 1930-cu ildə üz-üzə gələn komandalar ümumilikdə 18 dəfə görüşüb. Qələbə sayında Portuqaliya, top fərqində Belçika öndədir.
Pireneylilər 6 dəfə qalib gəlib, 7 heç-heçə edib və 5 dəfə uduzub. Belçikalılar 22 qol vurub və 21-ni buraxıb.
Son 5 matç portuqaliyalıların üstünlüyü ilə keçib. Bu qarşılaşmalarda uduzmayan komanda 4 qələbə qazanıb və 1 heç-heçə edib. Belçikanın son qələbəsi 32 il öncə - 1989-cu ildə qeydə alınıb. Yığmanın AVRO-2020-dəki heyətinin 26 üzvündən yalnız 6-sı həmin qələbəyədək anadan olub, digərləri sonradan doğulub.
Yoldaşlıq oyunları
08.06.1930. Belçika – Portuqaliya – 2:1
31.05.1931. Portuqaliya – Belçika – 3:2
17.06.1951. Portuqaliya – Belçika – 1:1
14.03.1954. Belçika – Portuqaliya – 0:0
17.05.1962. Portuqaliya – Belçika – 1:2
03.05.1964. Belçika – Portuqaliya – 1:2
AVRO-1972-nin seçmə mərhələsi
17.02.1971. Belçika – Portuqaliya – 3:0
20.11.1971. Portuqaliya – Belçika – 1:1
AVRO-1980-nin seçmə mərhələsi
11.10.1978. Portuqaliya – Belçika – 1:1
17.10.1979. Belçika – Portuqaliya – 2:0
Yoldaşlıq oyunu
04.03.1987. Portuqaliya – Belçika – 1:0
DÇ-1990-nın seçmə mərhələsi
15.02.1989. Portuqaliya – Belçika – 1:1
06.09.1989. Belçika – Portuqaliya – 3:0
Yoldaşlıq oyunu
23.02.2000. Belçika – Portuqaliya – 1:1
AVRO-2008-in seçmə mərhələsi
24.03.2007. Portuqaliya – Belçika – 4:0
02.06.2007. Belçika – Portuqaliya – 1:2
Yoldaşlıq oyunları
29.03.2016. Portuqaliya – Belçika – 2:1
02.06.2018. Belçika – Portuqaliya – 0:0
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO