Bu gün idman jurnalistlərinin peşə bayramıdır.
Apasport.az saytının məlumatına görə, 2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.
Bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb. 1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan bu təşkilatın artıq 97 yaşı tamam olur.
Assosiasiya 150-dən artıq ölkənin milli təşkilatını özündə birləşdirir. Ölkəmizdə idman mətbuatını birləşdirən təşkilat – Azərbaycan İdman Jurnalistləri Assosiasiyasıdır (AİJA).
AİJA 1995-ci ildə yaradılıb. Eldar İsmayılovun prezidenti olduğu qurum bir il sonra AİPS-in müvəqqəti, 1997-ci ildən tamhüquqlu üzvüdür.
“Apasport” bütün idman jurnalistlərini təbrik edir, fəaliyyətində uğurlar arzulayır.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir