Sentyabrın 15-də Rusiyanın Krasnodar şəhərində gənc boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir start götürəcək.
Apasport.az Boks Federasiyasının saytına istinadən məlumat verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Komandamız səfərə baş məşqçi Əsgər Eyvazovun rəhbərliyi altında yollanıb. Məşqçilər korpusu turnirdə Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Zaur Qəhrəmanov (60 kq) və Fətəli İsmayılova (86 kq) şans verəcək.
Millimiz sentyabrın 19-da Vətənə qayıdacaq.
Qeyd edək ki, yarış Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu