Sabah Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyev Memorialı start götürəcək.
Apasport.az saytının məlumatına görə, üç gün davam edəcək ənənəvi yarışda yığmamızın üzvləri də iştirak edəcək.
Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi altında Mahir Əmiraslanov, Əliabbas Rzazadə, Uğur Novruzov (hamısı 57 kq), Ruslan Qasımov, Əbülfəz Nəsirov (hər ikisi 61 kq), Əli Rəhimzadə (65 kq), Coşqun Əzimov (74 kq), Omid Kamaliaqdam (79 kq) və İslam İlyasov (97 kq), eləcə də hal-hazırda Dağıstanda məşqləri davam etdirən bir neçə milli üzvü ölkəmizi xatirə turnirində təmsil edəcək.
Beynəlxalq dərəcəli hakimlərimizdən Babək Allahverdiyev, Vüqar Şükürov və Həbib Nurulu Memorialda ədaləti qoruyacaq.
İyunun 25-dən 27-dək Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirə turniri keçiriləcək.
Ənənəvi yarışda yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov (97 kq) qüvvəsini sınayacaq. Bu, Olimpiada öncəsi titullu güləşçimiz üçün sonuncu turnir olacaq.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO