Birgüldən “bürünc”
29.01.2022 - 20:16
Rusiyanın Krasnoyarsk şəhərində ikiqat olimpiya çempionu İvan Yarıginin xatirəsinə keçirilən "Qran-pri" turniri davam edir.
Apasport.az saytının məlumatına görə, yanvarın 29-da qadınlardan ibarət millimizin üzvü Birgül Soltanova (62 kq) fəxri kürsüyə qalxıb.
1/4 finalda monqolustanlı Tserençimed Sukxeyə məğlub olan həmyerlimiz rusiyalı Alyona Timofeyevaya "tuşe" ilə qalib gələrək ənənəvi yarışın bürünc medalına sahib çıxıb.
Beləliklə, komandamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub.
Qeyd edək ki, bir gün öncə Alyona Kolesnik (59 kq) yarışda çempion olub.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0