AVRO-2020-nin 1/4 final mərhələsi öncəsi turnirin favoritləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Stats Perform Euros Prediction” şirkəti mübarizəni davam etdirən yığmalar barədə araşdırma aparıb.
Araşdırma zamanı komandaların AVRO-2020-dəki performansına, hər kateqoriya üzrə göstəricilərinə, rəqiblərin gücünə və finala gedən yola xüsusi diqqət yetirilib. Maraqlıdır ki, Avropa çempionluğuna ən real namizəd İspaniya seçilib. Luis Enrikenin yetirmələrinin titulu qazanmaq ehtimalı 24,6 faizlə ölçülüb. İkinci sırada Belçika qərarlaşıbsa, üçüncü favorit İngiltərə yığmasıdır.
1/4 final mərhələsində iyulun 3-də Bakıda Danimarka ilə qarşılaşacaq Çexiyaya isə inam hamıdan azdır.
İştirakçı komandaların çempionluq şansı bu cür göstərilib:
1. İspaniya – 24,6 faiz
2. Belçika – 23,8 faiz
3. İngiltərə - 18,3 faiz
4. İtaliya – 15,4 faiz
5. Danimarka – 7 faiz
6. Ukrayna – 4,1 faiz
7. İsveçrə - 4 faiz
8. Çexiya – 2,8 faiz
Qeyd edək ki, AVRO-2020-nin 1/4 final oyunları iyulun 2-3-də keçiriləcək.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO