İyulun 24-də Tokio Yay Olimpiya Oyunlarında cüdo yarışlarına start veriləcək.
Apasport.az saytının məlumatına görə, Azərbaycan cüdo tarixində ilk dəfə olaraq ölkəmiz Olimpiadada 9 cüdoçu ilə təmsil olunacaq.
Artıq Yaponiya paytaxtında olan milli komandamızın üzvləri cüdonun mənbəyi Kodakanda məşq ediblər. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov da milli komandamızın məşqini izləyib.
Qeyd edək ki, cüdo yarışlarının püşkatma mərasimi iyulun 22-də Bakı vaxtı ilə saat 09:00-da keçiriləcək. Cüdoçularımızdan tatamiyə ilk olaraq Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaq. Olimpiadada cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib