Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında cüdoçular mübarizəyə qoşulub.
Apasport.az saytının məlumatına görə, oğlan və qızların yarışında 16 tatami ustası ilə təmsil olunan Azərbaycan yığması ilk gündə 7 medal qazanıb.
Onlardan 2-si qızıl, 1-i gümüş, 4-ü isə bürünc olub.
Oğlanların yarışında 60 kq çəki dərəcəsindəki iki təmsilçimiz Əhməd Yusifovla Rövşən Əliyev finalda bir-birinə rəqib olub. Əliyev görüşdən qalib ayrılaraq qızıl medal qazanıb.
Qızlardan isə Səbinə Əliyeva (52 kq) həlledici görüşə yüksəlib. O, finalda da belaruslu Anna Burakovanı ipponla üstələyərək çempion olub.
Elçin Hüseynov (66 kq), Murad Fətiyev (81 kq), Camal Feyziyev (100 kq) və Şəfəq Həmidova (48 kq) isə ölkəmizə bürünc medal qazandırıb.
Qeyd edək ki, Azərbaycan idmançıları I MDB Oyunlarında 13 qızıl, 10 gümüş, 23 bürünc medal əldə edib.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib