Lüksemburqda gənc cüdoçular arasında Avropa birinciliyinə start verilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycanın xanım cüdoçusu nüfuzlu yarışda uğurla çıxış edib.
Qızlar arasında 48 kq çəki dərəcəsində mübarizə aparan Aydan Vəliyeva ispaniyalı Eva Peres və portuqaliyalı Raquel Britonu məğlub edərək yarımfinala çıxıb. Yarımfinalda israilli Sindi Vainşteyn üzərində qələbə qazanan cüdoçumuz finala yüksəlib.
Həlledici mərhələdə onun rəqibi rusiyalı İrena Xubulova olub. Bu qarşılaşmada məğlub olan cüdoçumuz gümüş medala layiq görülüb.
Bu gün mübarizəyə başlayan digər cüdoçularımız - Qasım Vəlizadə, Turan Bayramov (hər ikisi 60 kq), Çingiz Fəttahov, Rəşad Quluzadə (hər ikisi 66 kq), Könül Əliyeva (48 kq) və Ülviyyə bayramova (57 kq) isə qitə birinciliyini medalsız başa vurublar.
Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək yarışda 43 ölkədən 350-dən çox cüdoçu mübarizə aparır.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu