Daha 2 idmançı koronavirusa yoluxdu – Olimpiya kəndində
22.07.2021 - 09:45
Tokio-2020 Yay Olimpiya Oyunlarında daha 12 koronavirusa yoluxma aşkarlanıb.
Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti açıqlayıb.
Yoluxanlardan ikisi Olimpiya kəndində məskunlaşan xarici idmançılardır. 6 nəfər yaponiyalı, 4 nəfər xarici əməkdaş da infeksiyaya yoluxub. Onlardan da ikisi Olimpiya kəndində qalan şəxslərdir.
Qeyd edək ki, açılışı sabah olacaq Olimpiya Oyunlarında bir gün öncə 2 atletin də koronavirus testi müsbət çıxıb.
- Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib
- Süleyman Ələkbərov Almatıda “ən yaxşı gənc velosipedçi” seçilib
- Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
0
0