Azərbaycan millisinin daha iki boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub.
Apasport.az saytının məlumatına görə, mundialın ikinci gününün axşam seansında rinqə çıxan təmsilçilərimizdən biri qələbə qazandığı halda, digəri məğlubiyyətə üzülüb.
Boksçumuz Məsud Yusifzadə (51 kq) 1/16 final mərhələsi çərçivəsində Enxmandağ Xarxuu (Monqolustan) ilə döyüşüb. O, rəqibini məğlub edərək növbəti görüşə vəsiqə qazanıb. Yusifzadənin 1/8 finalda rəqibi puerto-rikolu Yankiel Rivera olacaq. Döyüş noyabrın 1-nə təsadüf edəcək.
92 kq çəkidə yarışan Rauf Rəhimov Luis Uilliamsla (İngiltərə) qarşılaşıb. 1/32 final mərhələsində baş tutan görüş boksçumuz üçün uğurlu alınmayıb və rəqib mərhələ adlayıb.
Qeyd edək ki, dünya çempionatının üçüncü günündə daha 2 boksçumuz yarışa qoşulacaq. Tayfur Əliyev (60 kq) Çarles Petit-Hommla (Haiti), Alfonso Dominqes Tavfiqulla Suleymani (AİBA) ilə qüvvəsini sınayacaq.
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib