Azərbaycan boksçusu Alfonso Dominqes Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.
Apasport.az saytının məlumatına görə, 86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi yarımfinalda kubalı Ruis Kordobanı məğlub edib.
Asif Axundov klubunun üzvü gərgin keçən döyüşü 4:1 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. Alfonso sabah baş tutacaq həlledici qarşılaşmada braziliyalı Keno Maçadonu sınağa çəkəcək.
O, yarımfinaladək AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae və rusiyalı Şarabutdin Atayevə qalib gəlib.
Digər boksçumuz Məhəmməd Abdullayev isə dünya çempionatını bürünc medalla başa vurub. +92 kq çəki dərəcəsində mübarizə aparan “Baku Fight Lab”ın üzvü Yonas Yazeviçius (Litva), Vladan Babiç (Serbiya) və Narenderin (Hindistan) ardınca Davit Çaloyanla (Ermənistan) qarşılaşıb. Yarımfinal görüşündə rəqib üstün olduğundan Məhəmməd dünya çempionatını 3-cü pillədə başa vurub.
Qeyd edək ki, bu gün baş tutacaq yarımfinallarda millimizin daha 1 üzvü rinqə çıxacaq.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib