Yunan-Roma güləşi üzrə Azərbaycan millisi avqustun 26-da növbəti təlim-məşq toplanışına start verib.
Apasport.az saytının məlumatına görə, Olimpiya Güləş Mərkəzində təşkil olunan hazırlıq prosesi sentyabrın 8-dək davam edəcək.
Məşqlər qarşıdan gələn dünya çempionatına hazırlıq xarakteri daşıyır. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında baş tutan məşqlər gündə 2 dəfə olmaqla keçirilir. Məşqçilər korpusu yalnız çərşənbə və şənbə günləri bir məşqlə kifayətlənir.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 2-dən 10-dək davam edəcək.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu