“Dünya çempionatında bürünc medal qazandığım üçün çox sevinirəm. Şadam ki, məşqçilərimizin etimadını doğrultdum”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sərbəst güləşçisi Osman Nurməhəmmədov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında qazandığı bürünc medalı dəyərləndirərkən deyib.
92 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında çıxışına münasibət bildirib: “Düzdür, çempion olmaq istəyirdim. Ancaq alınmadı. Növbəti dəfə qızıl medal əldə etməyə çalışacağam”.
O, yarımfinaldakı məğlubiyyətinin səbəbini də açıqlayıb: “Məhəmməd Qurbanov həm fiziki cəhətdən güclü, həm də təcrübəli güləşçidir. Texniki detallara və digər amillərə görə ondan geri qaldığımı düşünmürəm. Sırf fiziki göstəricələrə görə Qurbanova məğlub oldum”.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu