“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov MMA döyüşçüsü Nəriman Abbasov və məşqçisi Şəhriyar Abbasovla görüşüb.
Apasport.az xəbər verir ki, görüşdə idmançının tanınmış döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnir çərçivəsində rusiyalı Şamil Zavurovla keçirdiyi döyüş barədə fikir mübadiləsi aparılıb.
Nəcəfov Rusiyanın paytaxtı Moskvada keçirilən görüşün birinci raundunda nokautla qalib gələrək çempion titulunu qoruyan 27 yaşlı idmançını təbrik edib. Görüşdə Abbasovun gələcək döyüşləri barədə müzakirələr aparılıb.
Klub prezidenti idmançıya uğurlar arzulayıb. Nəriman Abbasovla məşqçisi Şəhriyar Abbasova “Qəbələ” İdman Klubunun hədiyyələri təqdim olunub.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu