AVRO-2020-nin final matçının məkanı dəyişdirilə bilər.
Apasport.az saytının “The Times” nəşrinə istinadən məlumatına görə, həlledici qarşılaşmanın Londonda alınıb, Budapeştə verilməsi müzakirə mövzusudur.
İngiltərə hökuməti koronavirus pandemiyası səbəbindən stadiona böyük kütlənin qəbulu üçün zəmanət verməsə, UEFA bu qərarı qəbul edəcək. Çünki Budapeştdə azarkeşlərin tribunalara buraxılması ilə bağlı heç bir məhdudiyyət yoxdur. UEFA artıq Böyük Britaniyanın baş naziri Boris Consona mümkün dəyişiklik barədə məlumat verib və Londondan konkret hərəkət gözləyir.
Qeyd edək ki, AVRO-2020-nin yarımfinal və final görüşlərinin Londondakı “Uembli” stadionunda keçirilməsi nəzərdə tutulub. Həlledici qarşılaşma iyulun 11-də baş tutacaq.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO