Fərid Mansurov nazirlikdəki vəzifəsindən azad edildi - yeni təyinat
08.12.2021 - 11:44
Gənclər və idman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov vəzifəsindən azad edilib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, idman naziri Fərid Qayıbovun əmri ilə yunan-Roma güləşi üzrə olimpiya çempionu tutduğu postundan uzaqlaşdırılıb.
Nazirin digər əmri ilə Mansurov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin olunub.
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
0
0