Bu gün gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyovu qəbul edib.
Apasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyində keçirilən görüşdə Fərid Qayıbovu nazir təyin edilməsi münasibətilə təbrik edən qonaq ölkəmizə səfəri çərçivəsində iştirak edəcəyi tədbirlər barədə məlumat verib.
Umar Kremlyovun səfər proqramının Azərbaycan boksçularına faydalı olacağına inandığını bildirən Fərid Qayıbov qeyd edib ki, ölkəmiz bütün beynəlxalq idman qurumları kimi, Beynəlxalq Boks Assosiasiyası ilə də qarşılıqlı əməkdaşlığa xüsusi önəm verir.
Azərbaycan boksunun hazırkı vəziyyəti, gələcəkdə reallaşdırılması nəzərdə tutulan birgə layihələr və digər məsələlərin müzakirə olunduğu görüşdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov və digər şəxslər iştirak ediblər.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb