Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 2 üzvü döyüşünü qələbə ilə başa vuraraq yarımfinala vəsiqə qazanıb.
Boksçularımızdan Nicat Hüseynov (51 kq) şimali makedoniyalı Şehabi Hadi ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 5:0 (30:27, 30:25, 30:26, 30:24, 30:26) hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra özü üçün ən azı bürünc medalı təmin edən Hüseynov yarımfinalda rusiyalı Ruslan Pirovla döyüşəcək.
Millimizin digər üzvü Kamil Babayev (54 kq) də növbəti cəhdini qalib kimi başa vurub. O, belaruslu Vladislav Smalovskini 3:2 (28:29, 29:28, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edərək, həm yarımfinala vəsiqə qazanıb, həm də özü üçün ən azı bürünc medalı təmin edib. Babayev finala gedən yolda gürcüstanlı Giorgi Sajayanı sınağa çəkəcək.
Yığmamızın heyətində Tural Sarıyev (48 kq) Nikita Poluxinə (Rusiya), Fətəli İsmayılov (86 kq) Narunas Qrebnevasa (Litva) və Rəşid Məmmədov (92 kq) Manuçar Krihelə (İsrail) uduzduğundan yarışla 1/4 finalda vidalaşıblar.
Qeyd edək ki, yarımfinal görüşləri oktyabrın 21-də keçiriləcək.
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib