Koimbrada 2 medal - cüdoçularımızdan
04.07.2021 - 00:20
Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.
Apasport.az saytının məlumatına görə, turnirin ilk günü Azərbaycan cüdoçuları 2 medal qazanıblar.
60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olub. Daha bir təmsilçimiz Nəriman Mirzəyev (66 kq) bürünc medal qazanıb.
Beləliklə gənclərdən ibarət milli komandamız Koimbra turnirinin ilk günündə aktivinə 1 qızıl və 1 bürünc medal yazdırıb.
Qeyd edək ki, Avropa kubokunda 24 ölkədən 306 cüdoçu yarışır.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0