Fransa millisinin AVRO-2020-dəki uğursuz çıxışının pərdə arxası səbəbləri müəyyənləşib.
Apasport.az saytının “Equipe” nəşrinə istinadən məlumatına görə, bütün problemlər komandanın hücumçularından qaynaqlanıb.
Birinci amil kimi Antuan Qrizmannla Kilian Mbappe arasında yaşanan gərginlik göstərilib. Bildirilib ki, Qrizmannın komanda daxilində hörməti və liderlik xüsusiyyəti Mbappeni qısqandırır. Məhz bu üzdən gənc forvard oyunlar zamanı da komanda yoldaşını kölgədə saxlamaq üçün fərdi oynamağa çalışıb.
Digər səbəb isə Kərim Benzemanın 6 ildən sonra milliyə qaytarılmasıdır. Sən demə, “Real”ın forvardının çağırılması baş məşqçi Didye Deşamın planında olmayıb. Lakin Fransa prezidenti Emmanuel Makronun tələbi çalışdırıcını buna məcbur edib və Deşam son anda sistemini dəyişməli olub.
Qeyd edək ki, Fransa millisi 1/8 final mərhələsində İsveçrəyə oyunsonrası penaltilərlə məğlub olaraq AVRO-2020 ilə vidalaşıb.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək