Mükafatın bir hissəsindən imtina etdi – yanğınlara görə
09.08.2021 - 11:46
Tokio-2020-də gümüş medal qazanan kişilərdən ibarət su polosu üzrə Yunanıstan yığması mükafatın bir qismindən xeyriyyə məqsədilə imtina edəcək.
Apasport.az saytının məlumatına görə, Ellada təmsilçisinin üzvləri bu addımı meşə yanğınlarından zərərçəkənlərə yardım məqsədilə atıb.
İdmançılar bu addımı “Olimpiakos” futbol klubunun sahibi Vangelis Marinakisin onlara pul mükafatı vəd etməsindən sonra atıb. Komandanın bu qərarını yığmanın kapitanı Yannis Funtulis açıqlayıb.
Qeyd edək ki, Yunanıstan millisi finalda Serbiyaya 10:13 hesabı ilə uduzub.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
0
0