Avstraliya federal məhkəməsi serbiyalı tennisçi Novak Cokoviçin iddiasını təmin edib.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı idmançının vizasının ləğv edilməsi və ölkədən deportasiya olunması qərarı qüvvədən düşüb.
Bir neçə gündür sığınacaq axtaranların saxlanıldığı oteldə qalan Cokoviç dörd gün davam edən hüquqi prosesdə qalib gəlib. Məhkəmə vizanın ləğvi üçün heç bir səbəbin olmadığı qənaətinə gəlib. Bu isə o deməkdir ki, Cokoviç yanvarın 17-də başlayacaq Avstraliya açıq çempionatında iştirak edə biləcək.
Məhkəmənin qərarına baxmayaraq, hökumət vəkili Kris Tran vizanın ləğvi üçün yenidən müraciət edə biləcəklərini söyləyib. Onun sözlərinə görə, Avstraliyada nazirlik immiqrasiya qanunlarına əsasən vizaları ləğv etmək səlahiyyətinə sahibdir. Hökumət bu səlahiyyətdən istifadə etsə, Cokoviçin 3 il həmin ölkəyə daxil olması qadağan ediləcək.
Qeyd edək ki, Novak Cokoviçin vizasının ləğv olunmasına səbəb koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması olub.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib