Pekində keçiriləcək Qış Olimpiya Oyunları bəzi iştirakçılar üçün fərqli idman növündə çıxışla əlamətdar olacaq.
Apasport.az saytının məlumatına görə, bir idmançının iki müxtəlif növdə Olimpiadaya qatılması az qala adi hala çevrilib.
Olimpiadaların 126 illik tarixində nəinki 2, hətta 3 müxtəlif növdə qüvvəsini sınayan onlarla idmançı var. Mütləq rekord isə 4-ə bərabərdir.
İki idmançı idmanın dörd müxtəlif növündə mübarizə aparıb. Onların hər ikisi rekorda Yay Olimpiadalarında imza atıb.
Danimarkalı Viqqo Censen atletika, güllə atıcılığı, ağırlıqqaldırma və gimnastikada medallar uğrunda yarışıb. Almaniyalı Karl Şuman atletika, gimnastika, ağırlıqqaldırma ilə kifayətlənməyib və güləş xalçasına da çıxıb.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib