İspaniyalı tennisçi Rafael Nadal “Uimbldon” turniri və Tokio Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı idmançı bu barədə qərarı yorğunluq üzündən atıb.
Nadal bildirib ki, ağır mövsümdən sonra gücünü bərpa etmək üçün istirahətə ehtiyacı var: “Belə qərar vermək asan olmur. Lakin bədənimin səsinə qulaq asdım və komandamla müzakirə etdim. Bu, daha düzgün qərardır. Məqsədim karyeramı uzatmaqdır. Yüksək səviyyədə mübarizə aparmaq üçün belə etmək vacibdir”.
Qeyd edək ki, indiyədək 20 dəfə “Böyük dəbilqə” turnirlərində qələbə qazanan Nadal dünya reytinqində 3-cüdür.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO